AZ

Qurban Qurbanov: “Bakıdakı oyunda daha ciddi olmalıyıq”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Şelburn”a (İrlandiya) qalib gəldikləri oyundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Bu stadionda oynamaq bizimçün gərginlik yarada bilərdi. Baxmayaraq ki, 3:0 hesablı qələbə qazandıq, onlardan çox üstün olmadıq. Cavab oyununa hazırlaşmağımız vacib olacaq. Bu hesabı unutmalı və Bakıdakı matçda daha ciddi olmalıyıq. Azsaylı azarkeşlərimiz var idi, onların hər birinə təşəkkür edirəm.

– Cütün taleyi həll olundu?

– Qətiyyən yox. Bu rəqib məğlub olmağı sevmir. Komanda meydanda nə etdiyini bilir. Ona görə Bakıdakı matçda burdakından daha diqqətli olmalıyıq.

– Rəqibin təzyiqi zamanı üslubu dəyişməyi düşünürsüz?

– Xeyr. Səfərdə oynayırıq və belə termin yoxdur ki, rəqib təzyiq edəndə qeyri-adi nəsə edək. Rəqibə uyğun oyunumuzu qururuq. Sadəcə ilk oyunumuzdur. Qarşıdakı matçlarda daha yaxşı olacağıq. Bizə uyğun olmayan sürətlə, üslubda oynayırdılar. Biz meydançada yerləşənə kimi 1-2 ötürmə ilə hücuma çıxa bilirdilər. Müdafiəçilərimiz bərk durdular, rəqibin hücumçularına imkan vermədilər. Bu oyunda həddindən artıq riskə getməli deyildik.

– Daha əvvəl burda “Dandalk”la qarşılaşmışdız. Keçmişdəki oyundan hansısa dərs çıxarmışdınız?

– Futbol dəyişir. Geriyə baxsaq, gələcəkdə uduza bilərik. Bu gün üçün hazırlaşırıq. Rəqibə uyğun hazırlaşmışdıq. Amma hər iki matçda – həm bu, həm də “Dandalk”la görüşdə gərgin dəqiqələr oldu. Komandalar keyfiyyətlərini artırır. Belə oyunlar bizimçün əlavə təcrübə olur.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
4
futbolpress.az

5Mənbələr