BAKI, 24 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya tədarük edilən silahların tam dəyərini ABŞ-yə 3 il əvvəl ödəməyə başlamalı idi.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
"Aİ ilə yenicə imzaladığımız sazişə görə onlar bütün hərbi avadanlığın 100% dəyərini ABŞ-yə ödəyəcəklər. Silahlar Avropa İttifaqına göndəriləcək, sonra paylaşdıracaq və böyük hissəsi Ukraynaya gedəcək. Amma siz belə sözləri çoxdan eşitməmisiniz, çünki biz Ukraynanın hərbi təchizatına 350 milyard dollar yatırdıq, indi isə silahları Avropaya göndəririk və ödənişi də Avropa edir", - o bildirib.
Trampın sözlərinə görə, avropalılar bu pulları ABŞ-nin müdafiə sənayesi şirkətlərinə xərcləyəcəklər.
“Düzünü desək, bu, 3 il əvvəl baş verməli idi", - Tramp əlavə edib.
ABŞ Prezidenti son NATO görüşünə də toxunub.
"Bir neçə həftə əvvəl bizim NATO çərçivəsində möhtəşəm görüşümüz oldu. Baş verənlər həqiqətən heyrətamiz idi. Onlar müdafiə xərclərini milli ÜDM-in 2%-dən 5%-nə qaldırmağa razılaşdılar. Bu, böyük fərqdir. Bu trilyonlarla dollar deməkdir", - Tramp fikrini tamamlayıb.