Futbol üzrə dünya çempionu Bastian Şvaynştayqer və dünyanın keçmiş bir nömrəli tennisçisi Ana İvanoviç 9 illik evlilikdən sonra ayrılıblar.
Publika.az xəbər verir ki, bu barədə tennisçinin vəkili bildirib.
“Spiegel”in yazdığına görə, vəkil ayrılığa səbəb kimi “barışmaz fikir ayrılıqlarını” göstərib və əlavə şərh verməkdən imtina edib.
Daha əvvəl bildirilmişdi ki, 37 yaşlı İvanoviç və 40 yaşlı Şvaynştayger 2025-ci ilin fevralında ayrılıblar. Ana oğulları Luka, Leon və Teo ilə doğma Belqradda yaşayır. Bastina son vaxtlar işi ilə bağlı çox səyahət edir, lakin boş vaxtlarında Münhendə yaşayır.