Payız aylarında bəxti gətirəcək bürclər - ulduzlar bu mövsümdə bəzi bürclərə sevgi, pul və fürsət baxımından xüsusi dəstək verəcək. Budur, 2025-ci ilin payızında ulduzların ən çox üz güldürəcəyi bürclər:
Əqrəb
Bu payız Əqrəblər üçün yüksəliş dövrüdür. Karyera sahəsində sürətli irəliləyiş, maliyyə artımı və şəxsi münasibətlərdə güclənmə gözlənilir. Hisslərinizi açıq ifadə etdikcə, qarşılığını alacaqsınız.
Oğlaq
Səbr və zəhmətinizin bəhrəsini bu payız toplamağa başlayacaqsınız. Yeni müqavilələr, iş imkanları və gözlənilməz pul axını mümkündür. Sevgi həyatında da gözəl yeniliklər ola bilər.
Qız
Ətrafınızdakıların sizi daha çox qiymətləndirdiyi bir dövr gəlir. Yeni tanışlıqlar, dəqiq qərarlar və uğurlu investisiyalar bu mövsümdə sizi irəli aparacaq. Sevgi və dostluq münasibətlərində harmoniya olacaq.
Lalə Qüdrətova
Milli.Az