Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iki ölkə arasında münasibətlərdəki soyumanın ticarət dövriyyəsinə təsir etmədiyini bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir və bu sahədə ciddi dəyişiklik müşahidə olunmur.
Bu barədə News24.az TASS-a istinadən xəbər verir.
“Hazırda Mərkəzi Bank bu məsələni — ikitərəfli münasibətlərdəki gərginliyin ixrac və idxal əməliyyatlarına təsirini diqqətlə izləyir. Amma indiyədək bu sahədə əsaslı dəyişiklik yoxdur,” — deyə Kazımov mətbuat konfransında bildirib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk altı ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,52 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur. Bu müddətdə Rusiyaya ixrac 6,1%, Rusiyadan idxal isə 19,7% artıb.
Xeyrənsə Piriyeva