"Unibank” depozit faizlərini azaltmaqda davam edir.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank müddətli əmanət faizlərini 0,5%-dək azaldıb. Belə ki, bank 24 aylıq depozit faizlərini 9,75%-dən 9,25%-ə endirib.
Bu son bir ayda ikinci belə endirimdir. Bank bundan əvvəl iki illik depozitlərə faiz təklifini 10,5%-dən 9,75%-ə endirmişdi. Başqa, 2 illik depozitlər üzrə faizlər son bir ayda 1,25% bəndi və ya 12% endirilib. Ümumi müddətli depozitlər üzrə faizlər isə 1,75% bəndinədək və ya 14,6% endirilib.
Qeyd edək ki, bank depozit faizlərini endirməsi Maliyyə Nazirliyinin keçirdiyi depozit hərracları fonunda baş verir. Başqa sözlə, bank bu hərraclarda kifayət qədər daha aşağı faizlə vəsati cəlb etdiyi üçün bazarda faiz təkliflərini də endirir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi- 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir.
NARA