AZ

Yevlax sakini odlu silahla qətlə yetirildi

Yevlaxda qətl hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
 
Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
15
50
moderator.az

10Mənbələr