AZ

DƏHŞƏT! 15 yaşlı oğlan sevgilisini tava ilə döyüb öldürdü

  Rusiyada 15 yaşlı oğlan qızı tavayla döyərək öldürüb.

Referans xəbər verir ki, hadisə Bryanskda, Rodnikovaya küçəsindəki fərdi yaşayış evlərinin birinin yaxınlığında baş verib.

Rusiya İstintaq Komitəsinin bölgə idarəsindən verilən məlumata görə 15 yaşlı oğlan sevgilisi ilə mübahisə etdikdən sonra onu mətbəx əşyaları ilə döyüb. Qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yeniyetmə Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adamöldürmə) ilə təqsirləndirilir və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı bir neçə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Pskovda da qadının rəfiqəsinə qarşı həyata keçirdiyi qətl hadisəsi ilə bağlı məhkəmə iclası təyin olunmuşdu.

Seçilən
22
2
referans.az

10Mənbələr