Goranboyda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
Belə ki, iki qadın; L. İsmayılova və onun anası T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.