AZ

Ağdam Sənaye Parkına 121 milyon manat investisiya yatırılıb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara 150 təsdiqedici sənəd verilib. Həmin sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ötən müddətdə sənaye parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Ağdam Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkda 650-dən artıq daimi iş yeri yaradılıb.

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir. Hazırda 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ümumilikdə isə, parkın ərazisinin 70 faizindən çoxu artıq sahibkarların istifadəsinə verilib.

Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satılıb ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və s. ölkələrə ixrac edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
7
xalqqazeti.az

10Mənbələr