AZ

Avtomobil 68 yaşlı qadını vuraraq öldürdü

Saatlıda avtomobil 68 yaşlı qadını avtomobil vurub.

Bizim.Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən 52-ci km-də qeydə alınıb.

1991-ci il təvəllüdlü Həşimov Vüsal Miralı oğlu idarə etdiyi “VAZ-21074” markalı, avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada - 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Piyada aldığı xəsarətlər nəticəsində Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report.az)

Bizim.Media

Seçilən
78
12
bizim.media

10Mənbələr