“1990-cı illərdə müxalif siyasətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər və əmlakım müsadirə olunacaq”.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”.