ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyasını inkişaf etdirmək və ona əsaslanan müxtəlif inkişafların ixracını artırmaq məqsədi daşıyan üç sərəncam imzalayıb. ABŞ lideri Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib ki, Amerika süni intellekt sahəsində yarışa başlayan ölkədir. "ABŞ hazırda süni intellekt sahəsində Çindən çox irəlidədir. Mən ABŞ prezidenti kimi bu gün Amerikanın qalib gələcəyini elan edirəm", - Tramp bildirib.
Mətləb Salahov