AZ

Şkrinyar, Asensio, Kolo-Muani… – PSJ-də ixtisarlar

PSJ-nin baş məşqçisi Luis Enrike 5 futbolçunu əvəzedici komandaya göndərib.

Msport.az xəbər verir ki, Nordi Mukiele, Milan Şkrinyar, Marko Asensio və Karlos Soler və Randal Kolo-Muani gənclərdən ibarət komandada məşq edəcək.

Onun bu futbolçuların heç birinə güvənmədiyi və “transfer pəncərəsi”nin sonuna qədər onların satılmasını istədiyi bildirilib.

Qeyd edək ki, PSJ 2024-25 mövsümündə Liqa 1-in qalibi olub.

Seçilən
6
1
msport.az

2Mənbələr