AZ

Rusiyada 40 sərnişini daşıyan təyyarə yoxa çıxıb

Rusiyanın Amur vilayətində Xabarovks-Blaqoveşensk-Tında marşrutu ilə uçan “An-24” sərnişin təyyarəsi ilə rabitə kəsilib.

News24.az xəbər verir ki, bu barədə “Interfaks” bölgənin fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.

“An-24 təyyarəsi Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə hərəkət edirdi. Marşrutun son nöqtəsinə yaxınlaşarkən nəzarət zonasından keçə bilməyib. Onunla əlaqə yoxdur”, – deyə fövqəladə xidmətlərdən bildirilib.

Qeyd olunub ki, təyyarə Tındada ilk cəhddə eniş edə bilmədiyindən təkrar dövrə etmək istərkən radarlardan itib. Təyyarədə 40 sərnişin və 6 heyət üzvü olub.


Seçilən
118
1
news24.az

2Mənbələr