AZ

15 yaşlı qız idman edərkən ÖLÜB

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakues.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 23-ü saat 23 radələrində rayonun Könüllü kənd sakini 2010-cu il təvəllüdlü Gülşən Elnur qızı Məmmədzadə yaşadığı evdə idman edərkən ölüb.

Belə ki, 15 yaşlı qız idman edərkən ehtiyatsızlıqdan kəndir onun boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
3
icma.az

4Mənbələr