“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 29 yaşlı ispaniyalının transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Ancaq “şəhərlilər” Rodrini satmağa meylli deyil.
2024/25 mövsümündə yarımmüdafiəçi zədə səbəbindən “Mançester Siti”nin heyətində bütün turnirlərdə cəmi 4 oyun keçirib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 110 milyon avro qiymətləndirir.