AZ

Prezident Bayden memuarlarını 10 milyon dollara satıb

ABŞ-ın keçmiş prezidenti Co Bayden gələcək memuarlarının hüquqlarını 10 milyon dollara satıb.

AzPost-un məlumatına görə, bu barədə Wall Street Journal (WSJ) mənbələrə istinadən yazır.

Nəşrin mənbələrinə görə, keçmiş prezident öz memuarlarının hüquqlarını Hachette Book Group-a satıb. 10 milyon dollar avans müqabilində Hachette Book Group Baydenin kitabının dünya üzrə yayım hüququnu alıb. Müqavilənin bağlanmasında keçmiş prezidentin maraqlarını Creative Artists Agency təmsil edib.

The Wall Street Journal qeyd edib ki, əlyazmanın tamamlanma vaxtı və onun ictimaiyyətə çatdırılması planları çox güman ki, keçmiş dövlət başçısının səhhətindən asılı olacaq.

AzPost.az

Seçilən
7
3
azpost.info

4Mənbələr