“Atletiko”nun futbolçusu Saul Niqes komandadan ayrılıb.
Msport.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü 2008-ci ildən çıxış etdiyi Madrid təmsilçisini tərk edib.
30 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıqla xitam verib.
Qeyd edək ki, Saul Niqes “Atletiko”da 427 oyuna çıxıb, 48 qol vurub, 26 qol ötürməsi edib. O, ötən mövsüm icarə əsasında “Sevilya”da oynayıb.