AZ

İsraildə böhran: Netanyahunun çıxış yolu qalmadı - Onu qovdu

İsraildə ultra-pravoslav yəhudilərin (Haredim) hərbi xidmətdən azad edilməsinə qarşı çıxan millət vəkili Yuli Edelşteyn vəzifəsindən uzaqlaşdırılıb.

Referans xəbər verir ki, İsrail mediası Edelşteynin istefasını baş nazir Benyamin Netanyahunun Haredi partiyalarını hökumətə qaytarmaq cəhdi kimi dəyərləndirib.

Məlumata görə, Likud Partiyasının üzvü Edelşteyn parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri idi. Onun işdən çıxarılması üçün keçirilən səsvermədə 29 deputat lehinə, yalnız 4-ü isə əleyhinə səs verib. Edelşteynin yerinə isə deputat Boaz Bismut təyin olunub.

Xatırladaq ki, Edelşteyn son çıxışlarında Haredimlərin hərbi xidmətə cəlb edilməsini, fərarilərə qarşı isə sanksiyaların tətbiq olunmasını tələb etmişdi. Haredi partiyaları təklif olunan qanun layihəsinin onların tələblərinə cavab vermədiyini bildirərək koalisiyadan istefa veriblər. Bununla da Netanyahu hökuməti 120 nəfərlik parlamentdə sadəcə 50 deputatın dəstəyinə malik azlıq hökumətinə çevrilib.

Seçilən
46
1
referans.az

2Mənbələr