AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Şixverdiyev yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. pizza

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə A.Şixverdiyev inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

 


Telegram kanalımız
Seçilən
44
14
yenisabah.az

10Mənbələr