AZ

Cüdoçularımızın Monqolustandakı "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib.

Bu gün turnirin püşkatma mərasimi keçirilib.

Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) mübarizəyə 1/8, Elşən Əsədov (66 kq) isə 1/16 finaldan qoşulacaq.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə

Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə

66 kq, 1/16 final

Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)

Qeyd edək ki, yarış sabah, Bakı vaxtı ilə saat 8:00-da başlayacaq.

Seçilən
84
5
cbcsport.az

10Mənbələr