AZ

Bayden xatirələrinə 10 milyonluq müqavilə imzaladı

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın sabiq prezidenti Co Bayden öz xatirələrini nəşr etdirmək üçün Hachette Book Group nəşriyyatı ilə 10 milyon dollarlıq müqavilə imzalayıb. Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

News24.az xəbər verir ki, kitabın nə adı, nə də buraxılış tarixi hələ açıqlanmayıb. Məqalədə qeyd edilir ki, 82 yaşlı siyasətçinin sağlamlıq durumu əlyazmanın tamamlanma müddətinə təsir göstərə bilər.

Qeyd edək ki, daha əvvəl sabiq prezidentlərdən Bill Klintonun xatirələri 15 milyon dollara, Barak və Mişel Obamanın kitab müqaviləsi isə rekord həddə — 60 milyon dollara bağlanıb.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
1
news24.az

2Mənbələr