AZ

Tailand Kamboca ilə həmsərhəd olan dörd əyalətdə evakuasiya əmri verib

Kamboca ilə həmsərhəd olan dörd Tayland əyalətinin səlahiyyətliləri vəziyyətin gərginləşməsi fonunda əhalinin təcili təxliyəsi elan edib.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, saat 09:54-də sərhədyanı vilayətlərdə toqquşmalar gedir.

Evakuasiya bir anda bir neçə əyalətdə başlayıb: Surin, Buriram, Sisaket və Ubon Raçathani.

Tailand bundan əvvəl iki ölkə qoşunları arasında baş verən hərbi toqquşmalara görə Kamboca ilə bütün sərhəd keçidlərini bağlamışdı.

Xəbər 5 dəfə oxunub.
Seçilən
100
xezernews.az

1Mənbələr