AZ

Ermənistan İrandan qaz alacaq

Şimali Qafqaz-Cənubi Qafqaz tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Saquramo” hissəsində (DN 1000) bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
ONN media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Göstərilən müddətdə daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmlər hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək”, - məlumatda deyilib.
Seçilən
42
3
onn.az

5Mənbələr