UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Mərdəkanda keçiriləcək "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) matçına bilet satışı davam edir.
Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər 670 bilet satılıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Dalğa Arena”nın kassalarından əldə edə bilər.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" qarşılaşması saat 20:00-da “Dalğa Arena”da reallaşacaq.
Nihat