Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.
News24.az "Unikal"a istinadla bildirir ki, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.Məmmədzadə yaşadıqları evin həyətində idman alətilə oynayarkən ip onun boynuna dolanıb. Bu zaman yenietmə qız boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.