AZ

Sabiq deputat Xanhüseyn Kazımlı dəfn edilib

Sabiq deputat Xanhüseyn Kazımlı "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində ailə üzvləri və yaxınları iştirak edib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı bu gün vəfat edib.

O, 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.

"Cebheinfo.az" 

Seçilən
129
7
cebheinfo.az

10Mənbələr