AZ

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı – Onlarla ölü var

Rusiyada Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə uçan “An-24” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Heftelik.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 43 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə  Amur vilayətində Tında şəhərindən 15 km məsafədə yerə çırpılıb.

İlkin versiya kimi pis görüntü şəraitində eniş zamanı ekipajın səhvi nəzərdən keçirilir.

Təyyarə parçalanaraq yanıb. Təyyarədəki 49 nəfərin hamısı qəzada ölüb.

Xilasetmə qrupları ərazinin çətin keçilən olması səbəbindən qəza yerinə vetolyotlardan enə bilməyiblər, buna görə də yanmaqda olan təyyarə qalıqlarına piyada yollanıblar.

Seçilən
97
heftelik.az

1Mənbələr