AZ

Parlamentari: Azərbaycan Afrikadakı mövqeyini daha da gücləndirir

Bu prosesin bəhrəsini və nəticələrini gələcəkdə daha aydın şəkildə görəcəyik

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali arasında geniş tərkibli görüş baş tutub.
Görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Nazirlər həmçinin BMT, Qoşulmama Hərəkatı (NAM) və İslam Əməkdaşlıq Təşkilatı (OİC) çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıblar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a deyib ki, bu gün Azərbaycan dünyanın müxtəlif ölkələri ilə sıx əməkdaşlıq edir:

"Xüsusilə son dövrlər Azərbaycanın Yaxın Şərq ölkələri və Afrika dövlətləri ilə əlaqələrinin intensivləşdiyinin şahidi oluruq. Həmçinin Azərbaycan ilə Somali arasında münasibətlərin də inkişaf etdiyi göz önündədir. Hazırda iki ölkə ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycanın geniş enerji potensialı var və bu sahədə Somaliyə dəstək göstərə bilər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində də sıx əməkdaşlıq imkanları mövcuddur. Təhsil sahəsində də qarşılıqlı fəaliyyətin həyata keçirilməsi mümkündür. Ümumiyyətlə, Azərbaycan bu addımları ilə müsəlman dünyasının müxtəlif ölkələrinə dəstək göstərir, onlara yardım əlini uzadır. Eyni zamanda dövlətimiz Afrikadakı mövqeyini daha da gücləndirir.
Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsidir. Ümumilikdə bu prosesin bəhrəsini və nəticələrini gələcəkdə daha aydın şəkildə görəcəyik".
Seçilən
83
sherg.az

1Mənbələr