AZ

Kambocanın hücumu nəticəsində Tailandda 12 nəfər həlak olub - YENİLƏNİB

Kamboca tərəfindən edilən zərbələr nəticəsində Tailandda 11 mülki şəxs həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə “Reuters” Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
 
Həmçinin, bildirilib ki, 1 hərbçi həlak olub.
 
11:16
 
Tailandın Kambocadakı səfirliyi münaqişənin kəskinləşməsi fonunda vətəndaşları ölkəni tərk etməyə çağırıb.
 
Moderator.az-ın məlumatına görə, bu barədə "Khmer Times" qəzeti Kamboca Müdafiə Nazirliyinə istinadən yazır.
 
“The Nation nəşri” Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmanın baş verdiyini bildirir.
 
Tailandın Surin əyalətinin iki sakini Kamboca qoşunlarının hücumu nəticəsində həlak olub.
 
Bir gün əvvəl Tailand sərhədin mübahisəli sahələrində piyada əleyhinə minalarla bağlı insidentlərə görə öz səfirini Pnompendən geri çağırıb, Kamboca səfirini isə ölkədən çıxarıb.
 
10:42
 
Tailandın Hərbi Hava Qüvvələrinin qırıcıları sərhəd münaqişəsinin eskalasiyası zamanı Kambocanın hərbi mövqelərinə bomba zərbəsi endiriblər.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.
 
Qəzetin məlumatına görə, saat 11:30-da Tailand Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Preahvihear əyalətində mübahisəli sərhəd zonası boyunca Kamboca hərbi mövqelərinə zərbə endirib.
 
Toqquşmalar səhər saat 07:30 radələrində Oddar-Miençey əyalətində mübahisəli sərhəd zonasının yaxınlığında başlayıb. Tərəflər sərhəd boyunca öz mövqelərini möhkəmləndirdikləri üçün vəziyyət gərgin olaraq qalır.
 
10:27
 
Kamboca ilə həmsərhəd olan Tailandın dörd əyalətinin hakimiyyət orqanları gərginliyin artması fonunda sakinlərin təxliyəsini elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.
 
10:02
 
Tailand Kamboca ilə sərhəddə toqquşmalar fonunda bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.
 
Moderator.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Tailandın kontr-admiralı Surasant Kongsiriyə istinadən yazıb.
 
Onun sözlərinə görə, 24 iyul səhər saatlarında Kamboca Tailand istiqamətində pilotsuz uçuş aparatları buraxıb və Tailand döyüşçülərinə qumbaralar ilə hücum edib, bu səbəbdən ölkənin Silahlı Qüvvələri cavab atəşi açmağa məcbur olub.
Seçilən
64
41
moderator.az

10Mənbələr