AZ

Abşeron-Xızı Regional Təhsil İdarəsi 75 müəllimi işdən kənarlaşdırıb- EKSKLÜZİV 

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.  
Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 
Ümumilikdə  7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək  əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə statistikası hər kəs üçün maraqlıdır. 
Xatırlayırsınızsa rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərimişdi.

AzEdu.az mövzu ilə bağlı regionlar arasında sorğu keçirib. 

Abşeron-Xızı Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 75 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıtda 21, Abşeron rayonunda 54 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar. Qeyd edək ki, Xızı rayonunda heç bir müəllimin əmək müqaviləsinə xitam verilməyib. 

Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

Seçilən
95
8
azedu.az

10Mənbələr