AZ

Rusiyadan Ukraynaya kütləvi hava hücumu 90 pilotsuz uçuş aparatı məhv edilib

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gecədən başlayaraq Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. 

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, ümumilikdə 107 hava hücum vasitəsi istifadə olunub. Onlardan 90-ı – əsasən “Shahed” tipli zərbə dronları və digər pilotsuz uçuş aparatları Ukraynanın hava əlumata hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 

Həmçinin bir “İskəndər -K” qanadlı raketi də vurulub.

Hücumlar Rusiya ərazisindən – Bryansk, Kursk, Şatalovo, Millerovo, Primorsko-Axtarsk, eləcə də Rusiya tərəfindən işğal edilmiş Krım ərazisindəki Çauda və Qvardeyskoye bölgələrindən həyata keçirilib.

Zərbələr əsasən Odessa, Nikolayev, Sumı, Xarkov, Donetsk, Çerkassı və Zaporojye vilayətlərinə endirilib.

İlkin məlumatlara görə, ümumilikdə 13 pilotsuz uçuş aparatı və 3 raket 11 fərqli məkanda hədəfə düşüb. Həmçinin, vurulmuş dronların qalıqları 6 fərqli ərazidə aşkar edilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
azpolitika.info

1Mənbələr