AZ

Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblər

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan və Qətər arasında şəhər planlamasında müasir yanaşmalar müzakirə edilib.

525.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, müzakirələr Qətərin Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir bin Mübarək Əl-Xəlifə ilə görüşdə aparılıb: “Görüşdə dayanıqlı inkişaf strategiyalarının icrası, mənzil siyasəti və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Rəqəmsal həllər və ekoloji standartların planlamada əhəmiyyətinə xüsusi diqqət yetirdik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
3
525.az

4Mənbələr