ain.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Əmək haqqının istənilən bankdan alınması ilin sonuna qədər mümkün ola bilər.
Sfera.az “APA"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.
AMB sədri qeyd edib ki, bununla bağlı hazırda iş aparılır.
Görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.