AZ

Somali XİN rəhbəri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO

Azərbaycanda səfərdə olan Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az xəbər verir ki, nazir əvvəlcə Fəxri xiyabana gələrək, Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
 
Daha sonra Abdisalam Abdi Ali Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Seçilən
86
12
moderator.az

10Mənbələr