AZ

Qəzaya uğrayan helikopterdə ölənlərin cəsədləri hadisə yerindən çıxarılıb

Yazını böyüt
Yazını kiçilt

İyulun 14-də Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan helikopterin həlak olan ekipaj üzvlərinin və texniki mütəxəssislərin cəsədləri hadisə yerindən çıxarılıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi rəisinin birinci müavini Vladimir Anufriev TASS-a bildirib.

Xatırladaq ki, iyulun 14-də "Mi-8" helikopteri Xabarovsk diyarının Oxotsk qəsəbəsindən Maqadana tərəf uçub. Ekipaj təyin olunmuş vaxtda helikopterlə əlaqə saxlaya bilməyib və təcili radio mayak işləməyib. Axtarış təşkil edilib. Təyyarədə beş nəfər - üç ekipaj üzvü və iki texniki mütəxəssis olub. İyulun 16-da helikopter tamamilə dağılmış vəziyyətdə tapılıb.

Seçilən
50
1
hafta.az

2Mənbələr