Xəbər verdiyimiz kimi, bu gün səhər Rusiyanın Amur vilayətində "Angara" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə hərəkət edirmiş. Göyərtədə 43 sərnişin olub, onlardan 5-i uşaq idi. İlkin məlumatlara görə, hamısı həlak olub. Ekipajın altı üzvü də qəzanın qurbanı olub.
Bizim.Media xəbər verir ki, qəzaya uğrayan təyyarədəki yeganə qadın ekipaj üzvü 43 yaşlı Anastasiya Bessmertnaya olub.
O, Ural Mülki Aviasiya Təlim-Tədris Kollecini bitirib. Anastasiya həyatının yarısını aviasiyaya həsr edib — “İrAero” və “Enkor” şirkətlərində çalışıb.
2013-cü ildən “Angara” aviaşirkətində bələdçi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı da aviasiya sahəsindədir — bortmexanikdir.
“Anastasiya 20 ildən artıq ömrünü aviasiyaya həsr etmişdi. Onun iki azyaşlı qızı qalıb. Uşaqlar hələ məktəbdə oxuyurlar,” – İA Regnum bu məlumatı mənbəyə istinadla yayıb.
Qeyd edək ki, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin 49 yaşı olub. O, 1976-cı ildə Kiyev Aviasiya Zavodunda istehsal olunub. İlkin ehtimallara görə, qəzanın səbəbi pis hava şəraiti və məhdud görünmə şəraitində pilotun yol verdiyi səhv olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta