Şəmkirdə 30 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
Avtosfer.az xəbər verir ki, hadisəni törədən rayon sakini 1993-cü il təvəllüdlü Samir Quliyev Şəmkir rayon polis şöbəsinin keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Qeyd edək ki, rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Sarif oğlu münaqişə zəminində, Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Qabbar Füzuli oğluna bıçaqla xəsarət yetirib.(unikal)