AZ

Lənkəranda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Lənkəranda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sarvan Tahirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sarvan Tahirov cinayət əməlini törətməkdə təqsirli bilinib və ona qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sarvan Tahirova Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü ( Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.

"Cebheinfo.az" 

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr