“Paris” 23 yaşlı braziliyalı mərkəz müdafiəçisi Otavionu “Portu”dan tamhüquqlu əsasda paytaxt klubunun heyətinə qatıb.
Arena.az bu barədə “Paris”in rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Fransa klubuna 17 milyon avro məbləğ müqabilində başa gəlib.
Otavio “Flamenqo”nun məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin icarə əsasında “Sampayo Korrea”, həmçinin tamhüquqlu əsasda “Famalikan” və “Portu”da çıxış edib.
Geridə qalmış mövsüm ərzində Otavio “Portu” üçün 28 oyuna çıxıb və 2 qolvurub.
Otavio milli komandaya cəlb edilməyib.
Otavionun qənimətlər muzeyində “Flamenqo” ilə Braziiya çempionluğu (2020), “Portu” ilə ölkə kuboku (2024) və ölkə superkuboku (2025) var.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı mərkəz müdafiəçisnin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
