AZ

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Seçilən
64
15
day.az

9Mənbələr