AZ

“İnfoschool” bloger məktəbinin iştirakçıları "Report" İnformasiya Agentliyində olublar

“Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin (GSİİYİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yaratdığı “İnfoschool” bloger məktəbinin iştirakçıları üçün ilk infotur "Report" İnformasiya Agentliyindən başlayıb.

"Report" xəbər verri ki, inforturlar milli mətbuatın 150 illiyinə həsr olunub.

Media qurumunun direktoru Fuad Hüseynəliyev layihə iştirakçılarına agentliyin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Həmçinin görüş zamanı “Global Media Group” (GMG) şirkətlər qrupuna daxil olan “Baku TV”, “Oxu.az”, “Baku.ws”, “Media.az”, “Caliber.az” portalları, “Kaspi” qəzeti barədə məlumat verilib.

Layihə rəhbəri, İB-nin sədri Əfsləddin Ağalarov yaradılan şəraitə və gənclərə verilən məlumatlara görə Agentlik direktoruna təşəkkürünü bildirib.

Seçilən
58
22
report.az

10Mənbələr