AZ

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 qızıl və 1 gümüş medal qazandı

BAKI, 24 iyul. TELEQRAF

İspaniyanın paytaxtı Madriddə keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Teleqraf xəbər verir ki, ikinci yarış günü Azərbaycan atletlərindən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.

56 kq çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.

Məmmədtağıyev təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan Musab Məmmədtağıyev Avropa birinciliyinin qalibi adını qazanıb.

Seçilən
9
18
teleqraf.com

10Mənbələr