Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:
doktorantura səviyyəsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;
ali təhsil müəssisələrində:
magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;
bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;
peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.
Qeyd edək ki, hazırda dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün təqaüdlər aşağıdakı kimidir:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 400 (dörd yüz) manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 240 (iki yüz qırx) manat
ali təhsil müəssisələrində
adlı təqaüd alan tələbələrə – 204 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 160 (yüz altmış) manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 110 (yüz on) manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 100 (bir yüz) manat
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 100 (bir yüz) manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 (səksən) manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 66 (altmış altı) manat
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 100 (bir yüz) manat
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 80 (səksən) manat
akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.