AZ

Ağdamda daha bir YANĞIN başlayıb

Ağdamda növbəti yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, yanğın rayonun Gülablı kəndi istiqamətində müşahidə edilir.

Hazırda FHN-in əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər aparır.

Qeyd edək ki, artıq 3-cü gündür, işğaldan azad edilmiş ərazilərdə boş sahələrdə quru ot və kol-kosun yanması müşahidə edilir. Alovun söndürülməsinə FHN-in helikopterləri də cəlb edilmişdi.

Bizim.Media

Seçilən
104
7
bizim.media

8Mənbələr