AZ

Rusiyada baş verən təyyarə qəzasında azərbaycanlı sərnişin OLUB? – XİN-dən AÇIQLAMA

“Rusiyanın Amur vilayətində baş verən təyyarə qəzası zamanı həlak olanlar arasında azərbaycanlıların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq”.

Bunu Bizim.Media-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O, bildirib ki, hələki dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Rusiyanın Amur vilayətində radardan itən An-24 təyyarəsi qəzaya uğrayıb.

lkin məlumata görə təyyarənin göyərtəsində olan 49 nəfər həyatını itirib.

Günay Şahmar, Bizim.Media

Seçilən
93
2
bizim.media

10Mənbələr