AZ

Türkiyə mərkəzi bankı uçot dərəcəsi ilə bağlı vacib qərar çıxarıb

Bakı, TurkicWorld

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 3 faiz azaldaraq 46 %-dən 43 %-ə endirib.

TurkicWorld xəbər verir ki, belə bir qərar Türkiyə Mərkəzi bankının pul siyasəti komitəsinin növbəti iclasında qərara alınıb.

"Qiymət sabitliyi təmin olunana qədər davam etdiriləcək sərt pul siyasəti mövqeyi daxili tələbatın azalması, türk lirəsinin real möhkəmlənməsi və inflyasiya gözləntilərinin yaxşılaşması vasitəsilə dezinflyasiya prosesini dəstəkləyəcək", - mərkəzi bankın bəyanatında deyilir.

Mərkəzi bank eyni zamanda "overnayt" borclanma dərəcəsini 46 %-ə qədər aşağı salıb.

Seçilən
77
1
turkic.world

2Mənbələr