AZ

Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib, ölənlər və yaralananlar var

Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.

 

Bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Tailandla şiddətli döyüşlərdə ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib”, - Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirlik Tailand ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib.

 

Kamboca tərəfinin itkiləri ilə bağlı məlumat verilməyib.

 

Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını xəbər verib.

 

İki ölkə bir-birini ilk atəş açmaqda günahlandırır və qarşı tərəfin sərhəd zonasında yerləşən hərbi obyektlərinə zərbələr endirir./APA

Tarix: 24 İyul 2025, 15:52   
Seçilən
14
1
pravda.az

2Mənbələr