BAKI, 24 iyul. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə vergi islahatları ilə bağlı müzakirələr aparıb.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır:
"Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığın inkişafını məmnunluqla vurğuladıq. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və vergi islahatları ilə bağlı müzakirələr apardıq",- nazir əlavə edib.